"Bavariya"nın futbolçusu uzun müddətə sıradan çıxdı

 15:32 03.12.2023     245

"Bavariya"nın müdafiəçisi Boona Sarr ciddi zədə səbəbindən uzun müddət sıradan çıxıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu məşq zamanı sol dizinin ön çarpaz bağını qoparıb. O, artıq əməliyyat olunub və reabilitasiya prosesinə başlayıb.

Seneqallı müdafiəçinin sağalması üçün bir neçə ay lazım olacaq.

Qeyd edək ki, Sarr bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 5 oyuna çıxıb, 1 qolun ötürməsini verib.