"Neftçi" "Zirə"ni məğlub etdi

 19:14 03.12.2023     276

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Redaktor.az-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.

Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb.

Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.