"Qarabağ"la oyun öncəsi "Qəbələ"də son durum

 22:33 03.12.2023     275

"Qəbələ” Misli Premyer Liqasının 15-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”ın qonağı olacaq.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb. Feras Abu Akal bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir. 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” görüşü saat 19:30-da başlayacaq.