"Çelsi" "Brayton"a qalib gəldi

 23:03 03.12.2023     274

İngiltərə Premyer Liqasında 14-cü turun younları keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün "Çelsi" öz meydanında "Brayton"u qəbul edib. Qarşılaşma London təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" - "Brayton" - 3:2
Qollar:
 Enzo Fernandes, 17, 65-pen. Levi Loluill, 21 - Fakundo Bonanotte, 43, Joao Pedro, 90+2

Xallarını 19-a yüksəldən "Çelsi" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 22 xalı olan "Brayton" isə 8-ci yerdədir.