“Beşiktaş”ın yeni prezidenti seçildi

 23:32 03.12.2023     276

Türkiyənin “Beşiktaş” klubuna yeni prezident seçilib.

Redaktor.az xəbər verir ki, keçirilən seçkilərin qalibi Hasan Arat olub.

H.Arat bu mübarizədə Serdal Adalını qabaqlayıb.

Bununla da o, “qara qartallar”ın 35-ci başqanı olub.

Qeyd edək ki, “Beşiktaş”ın bundan öncəki prezidenti Ahmet Nur Çelebi idi.