"Real"da şok itki
"Real"ın müdafiəçisi Dani Karvahal zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 31 yaşlı futbolçu La Liqanın son turunun "Qranada"ya (2:0) qarşı ev oyununda sıradan çıxıb. O, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Dani 2023/24 mövsümündə "Real"ın heyətində 17 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib.