“Mançester Yunayted”in müdafiəçisi noyabrın ən yaxşı oyunçusu seçildi
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı oyunçusu seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə insayder Fut Şeriff məlumat yayıb.
İngiltərəli müdafiəçi səsvermədə "Çelsi"dən Rahim Sterlinqi, "Mançester Siti"dən Ceremi Doku, "Nyukasl"dan Entoni Qordonu, "Luton Taun"dan Tomas Kaminskini və "Bornmut"dan Markus Tavernyeni qabaqlayıb.
Maquayr noyabrda “qırmızı şeytanlar”ın heyətində “Fulhem” (1:0), “Luton Taun” (1:0), “Everton” (3:0) və “Nyukasl"a (0:1) qarşı oynayıb.
Bu mövsüm ingilis futbolçu "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.