"Roma" Mourinyo ilə müqaviləni uzada bilər
"Roma" baş məşqçisi Joze Mourinyo müqaviləni uzada bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Nəşr yazıb ki, klub sahibləri mütəxəssislə müqaviləni uzatmaq imkanını nəzərdən keçirirlər. İlk danışıqlar bu ilin sonuna qədər ola bilər. Mouriyonun özü də müqaviləni uzatmaqda maraqlıdır.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin "Roma" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.