Ançelottidən Arda Gülerin son durumu ilə bağlı açıqlama
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçusu Arda Gülerin son durumu ilə bağlı açıqlama verib.
Redaktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Türkiyə millisinin üzvünün yaşıl meydanlara qayıtmasına az müddət qaldığını deyib: "O, gələn həftə daha yüksək tempdə çalışa biləcək. İlin son matçlarında, yoxsa 2024-cü ildə oynamağa başlayacağını bilmirəm".
Qeyd edək ki, bu ilin yayında "Real"a transfer olunan Arda Turan zədə səbəbindən Madrid təmsilçisində hələ də debüt edə bilməyib.