Veşoviçin durumu necədir?

 22:54 08.12.2023     351

 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a qarşı matçda (6:1) zədələnən komandanın futbolçusu Marko Veşoviçin son durumu ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Ümidvaram ki, ciddi zədə olmaz. Sadəcə əzələsində gərginlik hiss etdi. Ona görə belə addım atdı, dərhal həkimlərə bildirdi. Nəsə hiss edibsə, ola bilər ki, hansısa problem olsun. Ancaq nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. Ümidvaram ki, ciddi bir şey olmaz. Sabah tam bilinəcək".