Azərbaycan millisi Avropa çempionatının pley-offunda

 20:11 09.12.2023     337

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında pley-offa yüksəlib.

Redaktor.az xəbər verir ki, yığma təsnifat mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq buna nail olub. Ötən gün Norveçə qalib gələn (4:1) badmintonçularımız bu dəfə İrlandiyanı 3:2 hesabı ilə məğlub ediblər.

Millimizin sabah keçiriləcək pley-off oyunundakı rəqibi Çexiya - Avstriya cütünün qalibi olacaq.