Azərbaycan təmsilçisi ABŞ-dan olan basketbolçu ilə müqavilə imzaladı

 22:30 10.12.2023     222

Azərbaycan Basketbol Liqasında çıxış edən "Xəzri" heyətini daha bir oyunçu ilə gücləndirib.

Klubdan Redaktor.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Aubri Makalpaynla anlaşıb.

ABŞ-dan olan basketbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Xəzri" daha əvvəl Makol Mavyenlə də müqavilə imzalayıb.