Oyun azarkeşin ürək tutması keçirməsi səbəbindən yarımçıq dayandırıldı
İspaniya La Liqasının 16-cı turunun “Qranada” – “Atletik” matçı yarımçıq dayandırılıb.
Redaktor.az xəbər verir ki, buna səbəb azarkeşlərdən birinin ürək tutması keçirməsi olub. Ona görə də matç 18-ci dəqiqədə - hesab "Atletik"in xeyrinə olarkən (1:0) dayandırılıb və təxirə salınıb.
İspaniya La Liqasında keçirilən 15 matçdan sonra “Qranada” 7 xalla 19-cu, "Atletik" isə 28 xalla altıncı yerdədir.