Türkiyədə hakimi döyən klub prezidenti istefa verdi

 19:59 12.12.2023     353

Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca istefa verib.

Redaktor.azn məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

F.Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.