İlin ən yaxşı qapıçısı adına 3 namizəd - FİFA açıqladı
FİFA 2023-cü ilin ən yaxşı qapıçısı adına 3 namizədin adını açıqlayıb.
Redaktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mükafata Yassin Bunu (“Əl-Hilal”, Mərakeş millisi), Tibo Kurtua (“Real", Belçika millisi) və Ederson (“Mançester Siti”, Braziliya millisi) namizəddir.
Qalibin adı 15 yanvar 2024-cü ildə Londonda keçiriləcək mərasimdə elan ediləcək.
Xatırladaq ki, ötən il bu mükafata Argentina millisinin və "Aston Villa"nın qapıçısı Emiliano Martines layiq görülmüşdü.