“Barselona” futbolçularına qəribə qadağa
Kataloniya Muxtar İcmasının ali özünüidarə orqanının quraqlıqla mübarizə çərçivəsində verdiyi qərar idman ictimaiyyəti və azarkeşlər arasında təəccüblə qarşılanıb.
Redaktor.az xəbər verir ki, quraqlığın təsirlərini yumşaltmaq məqsədilə İspaniyanın muxtar vilayəti olan Kataloniyanın idman salonlarında duşlardan istifadəyə icazə verilməyəcək.
Bildirilib ki, qərar muxtar vilayəti təmsil edən “Barselona” və “Jirona”nın futbolçularına da şamil olunacaq.
Artıq bundan sonra futbolçular quraqlıq əleyhinə çıxarılan tədbirlər planına riayət etmək məqsədilə evdə duş qəbul etməli olacaqlar.
Onların nə məşq zamanı, nə də matçdan sonra duşa girməsinə icazə verilməyəcək.
Qeyd edək ki, Kataloniya bölgəsi son 100 ilin ən quru dövrünü yaşayır. Su anbarlarında suyun səviyyəsi rekord həddə aşağı enib.