Azərbaycanın gələn il üçün FİFA referiləri açıqlandı
2024-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin adlarına aydınlıq gəlib.
Redaktor.az AFFA-ya istinadən xəbər verir ki, FİFA tərəfindən təsdiqlənmiş siyahısıda 4 referi yer alıb.
Növbəti ildə də Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar.
Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva baş hakimlərə kömək edəcəklər.
Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də fəaliyyət göstərəcəklər.
Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər.