“Mançester Yunayted”in yarımmüdafiəçisi Almaniya klubuna keçir
İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Donni van de Bek cari mövsümün sonunadək icarə əsasında Almaniya “Ayntraxt”ında çıxış edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkədə bildirib.
Jurnalistin məlumatına görə, klublar arasında şifahi razılıq əldə olunub. İcarə müddəti 2024-cü ilin iyununa qədər davam edəcək və bonuslar da daxil olmaqla 15 milyon avroya satın almaq haqqı da mövcud olacaq. Satınalma məcburi xarakter daşımır. Bundan başqa, Frankfurt təmsilçisi icarə haqqını da ödəyəcək.
Qeyd edək ki, futbolçunu almaq üçün iddialılar arasında İspaniyanın “Barselona” və “Jirona” klubları da var idi.
Bu mövsüm 26 yaşlı Donni van de Bek bütün yarışlarda “qırmızı şeytanlar”ın iki oyununda iştirak edib. Niderlandlı oyunçu faydalı heç nə ilə yadda qalmayıb.