Portuqaliyada “Qarabağ”ı rəqib görmək istəyirlər
Portuqaliya mətbuatı "Benfika" və "Braqa"nın Avropa Liqasının 1/16 final mərhələsindəki potensial rəqiblərini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı "A Bola" nəşri yazıb. Bildirilib ki, Portuqaliya klubları üçün ən yaxşı variantlardan biri “Qarabağ” və “Tuluza”dır:
"Potensial rəqiblər arasında Joze Mourinyo və Renato Sançeşli “Roma” (İtaliya), həmçinin Vitinhanın da oynadığı Cennaro Qattuzonun baş məşqçisi olduğu “Marsel” (Fransa) fərqlənir. "Benfika” və “Braqa”nın nəzəri cəhətdən “Tuluza” və “Qarabağ” kimi cəlbedici rəqibləri var. Baxmayaraq ki, ikincisi Şərqi Avropaya uzun səyahət tələb edir".
Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 18-i keçiriləcək.