FIFA klublar arası dünya çempionatında dəqiq iştirak edəcək komandaların adını açıqladı

 20:08 17.12.2023     265

FIFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yarışda ümumilikdə 32 klub iştirak edəcək.

Avropadan çempionlar yolu ilə seçilən 4 klub (UEFA Çempionlar Liqasında qələbə) turnirdə iştirak edəcək – “Çelsi” (İngiltərə), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), həmçinin cari turnirin qalibi.

Turnirə reytinq üzrə daha səkkiz komanda qatılacaq, artıq beş klubun adı bəllidir – “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Porto” və “Benfika” (hər ikisi Portuqaliya).

Turnirdə mütləq iştirak edəcəklər: “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika), “Sietl Saunders” (ABŞ), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), həmçinin “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya).

Yenilənmiş formatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.