Məşhur futbolçu ABŞ klubunda
"Leyptsiq"in yarımmüdafiəçisi Emil Forsberq karyerasını ABŞ-da davam etdirəcək.
Redaktor.az xəbər verir ki, 32 yaşlı futbolçu "Nyu York Red Bullz"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Forsberqlə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Emil Forsberq bu mövsüm "Leyptsiq"də 21 rəsmi matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.