"Mançester Siti"nin futbolçusunun evi YARILDI

 17:53 18.12.2023     311

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bruynenin evi qarət olunub.

Redaktor.az HLN nəşrinə istinadən xəbər verir ki, hadisə dekabrın 16-da baş verib.

Oyunçunun Belçikadakı evindən əşyalar oğurlanıb. Həmin vaxt 31 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı və 3 uşağı evdə olmayıb.

O, hazırda "şəhərlilər"in heyətində Səudiyyə Ərəbəsitanında təşkil olunan klublararası dünya çempionatındadır.

Qeyd edək ki, Kevin De Bruyne mövsümün əvvəlində aldığı zədə ucbatından yaşıl meydanlardan kənarda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən