Bakıda gənclər arasında ənənəvi beynəlxalq boks turnirinə start verildi

 19:00 18.12.2023     292

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib.

Tədbir iştirakçı komandaların – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları, həmçinin Litvanın “Royal” klubunun paradı ilə başlayıb. Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov qonaqları salamlayıb: “Məqsədimiz boksun inkişafına töhfə verməkdir. Gələn il Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirəcəyik. Həmin vaxt Bakıya çoxsaylı qonaqlar gələcək və bu, ölkəmizdə boksun daha da inkişafında əhəmiyyətli rol oynayacaq. Əminəm ki, yarış yadda qalan olacaq”.

Turnirin serbiyalı supervayzeri Draqolyub Radoviç və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev də çıxış edəcək idmançılara uğurlar arzulayıblar. Ardınca yarış açıq elan olunub.

Turnirin ilk günündə 5 çəki dərəcəsində 14 döyüş təşkil olunub. Görüşlərdə millimizin 3 boksçusu 1/4 finala vəsiqə qazanıb.

1/8 final

48 kq

Bilalhəbəşi Nəzərov (Azərbaycan) – İbrahim Aljuhani (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib

57 kq

Davud Məmmədov (Azərbaycan) – Adam Macidov (Rusiya) 1:4

Faiq Mollayev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) 1:4

63,5 kq

Vüsal Süleymanov (Azərbaycan) – Səid Yunusov (Özbəkistan) – birinci döyüşə gəlməyib

Janqir Aldaberqenov (Qazaxıstan) – Həsən Hacıyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Mehrab Abbasov (Azərbaycan) – Camşed Mahmadov (Tacikistan) 5:0

Muhammed Miniqbayev (Tacikistan) – Mirhəsən İbrahimov (Azərbaycan) 5:0

Ruslan Qafurov (Tacikistan) – Aliskandr Maqomedbekov (Rusiya) – birinci tam üstünlüklə qalib gəlib

Saken Yermek (Qazaxıstan) – Nurlan Paşayev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Renat Krepştul (“Röyal”, Litva) – Uğur Tağıyev (Azərbaycan) 4:1

Məhəmmədəli Teymurov (Azərbaycan) – İbrahim Zeynalov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

67 kq

Torexan Sabirxan (Qazaxıstan) – Məhəmməd Quliyev (Azərbaycan) 5:0

Özcan Rəsulzadə (Azərbaycan) – Abdulla Çerqesov (Rusiya) 0:5

80 kq

Madiyar Behultanov (Qazaxıstan) – Təyyar Allahverdiyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, 97 boksçunun mübarizə apardığı yarışın ikinci günündə 15 görüş baş tutacaq. Döyüşlər Bakı Boks Mərkəzində saat 15:00-da başlayacaq. Qaliblərin adına isə dekabrın 22-də aydınlıq gələcək.