“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq

 22:53 18.12.2023     511

“Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçiriləcək oyunları buraxacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kolumbiyalı müdafiəçi 4 aylıq sıradan çıxıb: “Medina fevrala hazır olmayacaq. Əməliyyatdan sonra bizə məlumat verdilər ki, təxminən 4 ay olmayacaq. Mütləq onun yerinə transfer edəcəyik kimi hədəf qoymamışıq. Amma yaxşı oyunçu olarsa, “yox” demərik. Bəzən elə variant olur ki, onu əldən buraxmaq istəmirik”.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.