"Liverpul" Avropa Superliqası ilə bağlı qərarını açıqladı
"Liverpul" Avropa Məhkəməsinin Avropa Superliqası və UEFA ilə bağlı Avropa Məhkəməsinin qərarı barədə bəyanat verib.
Redaktor.az xəbər verir ki, bu bardə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Avropa Məhkəməsinin dünənki qərarı "Liverpul"un Avropa Superliqası ilə bağlı mövqeyini dəyişmir: "Bizim iştirakımız dayandırılıb. Biz Avropa Klublar Assosiasiyası vasitəsilə digər klublarla əlaqəmizi davam etdirir və UEFAnın yarışlarında iştirak edəcəyik".
Xatırladaq ki, 21 dekabr hüquqi instansiya FİFA və UEFA-nın turnirin keçirilməsinə qoyulan qadağaları qanunsuz sayıb.
Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi. Buray İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko ”, “Barselona”, “Real", həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.