Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
Redaktor.az-ın məlumatına görə, ilk olaraq ötən gündən təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu reallaşacaq.
Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə “Turan Tovuz” hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi 26 xalla 5-cidir.
"Netçi" 2023-cü ildəki sonuncu oyununda "Kəpəz"i qəbul edəcək. Matç saat 16:00-da olacaq. "Ağ-qaralar" 25 xalla 6-cı, qonaqlar 14 xalla 9-cu sıradadır.
Günün sonuncu qarşılaşmasında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Ağdam klubu 38 xalla liderdir, "qartallar" 29 xalla ikinci pillədə qərarlaşıb.
Azərbaycan Premyerm Liqası
XVIII
12:00. Turan Tovuz” – “Araz-Naxçıvan” (81-ci dəqiqədən davam edəcək)
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
16:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”
18:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" Sabah"ı "Sumqayıt" "Səbail"i 1:0 hesabı ilə məğlub edib.