Azərbaycanın qızlardan ibarət gənc milliləri İstanbul toplanışını başa vurdular
Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən Azərbaycanın qızlardan ibarət U-16 və U-18 yığmaları yekun yoxlama oyunlarını keçiriblər.
Azərbaycan Basketbol Federasiyasından Redaktor.az-a verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilər keçirdikləri son beş yoxlama matçını 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar.
Qeydə alınmış hesablar:
"Beykoz KBBL" U-18 - Azərbaycan U-18 (55-69)
"Eyül Belediyesi" U-18 - Azərbaycan U-18 (59-78)
"Leventspor" U-15 - Azərbaycan U-16 (50-68)
"Eyüp Belediyesi" U-16 - Azərbaycan U-16 (46-71)
"Şimali Kipr Levent" U-16 - Azerbaycan U-16 (76-51)
Qeyd edək ki, komandalar İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.