"Barselona"dan Levandovski ilə əlaqədar yeni addım
"Barselona" futbolçusu Robert Levandovskinin transferi ilə əlaqədar Səudiyyə Ərəbistanı klublarının nümayəndələri ilə əlaqə saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Kataloniya klubunun nümayəndələri hücumçunun gələn yay bu ölkədəki komandalardan birinə mümkün transferini müzakirə ediblər. Polşalı forvardın cari mövsümdə nümayiş etdirdiyi oyun səviyyəsi "Barselona"nın rəhbərliyinin və məşqçilər heyətinin xoşuna gəlmir.
Səudiyyə Ərəbistanına bütün transferlər ölkədə səlahiyyətli şəxsin iştirakı ilə razılaşdırılmalı olduğundan vasitəçilərlə görüşün zəruri olduğu vurğulanıb.
Xatırladaq ki, bu mövsüm 35 yaşlı hücumçu bütün turnirlərdə 21 matçda iştirak edib, 9 qol vurub, 5 qolun ötürməsini verib. Onun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında qeyd olunan məlumata görə, Levandovskinin transfer dəyəri 20 milyon avrodur.