Superliqanın qalmaqallı oyunu ilə bağlı qərarlar açıqlandı

 20:22 24.12.2023     276

Türkiyə Superliqasının 17-ci turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Redaktor.az xəbər verir ki, sözügedən oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən "İstanbulspor"un prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliynə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının rəsmi saytı bu gün həmin görüşlə bağlı qərarları açıqlayıb. Qərara əsasən, "İstanbulspor"un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə İstanbul klubu növbəti ev oyununu boş tribunalar qarşısına keçirməli olacaq.