PSJ 22 milyon avroya futbolçu alır

 21:57 25.12.2023     166

"Korintians"ın yarımmüdafiəçisi Qabriel Moskardo PSJ-yə keçəcək. 

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira özünün sosial şəbəkə hesablarında yazıb. Bildirilib ki, Paris təmsilçisi 18 yaşlı futbolçunun transferini 22 milyon avroya razılaşdırıblar.Fransa klubu braziliyalı oyunçu və onun nümayəndələri ilə də müqavilənin şəxsi şərtlərini razılaşdırıb. PSJ-nin tezliklə rəsmi açıqlama yayacağı gözlənilir.

Bu mövsüm Moskardo "Korintians"ın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb.