"Barselona" iki futbolçusunu transferə çıxarır
"Barselona" futbolçuları Serji Roberto və Marko Alonsonu satmaq niyyətindədir.
Redaktor.az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuları qş transfer dönəmində transferə çıxaracaq.
Xəbərdə qeyd olunub ki, Alonso komandadan ayrılmaqda maraqlı olsa da, Roberto "Barselona"da qalmaq istəyir.
Qeyd edək ki, Marko Alonso 2022-ci ildə "Çelsi"dən transfer edilib. Serji Roberto isə "Barselona"nın yetirməsidir. O, 2013-cü ildən əsas komandada çıxış edir.