"Sabah" qapıçısı ilə müqaviləni uzatdı
"Sabah" qapıçısı Nicat Mehbalıyevlə müqavilə müddətini uzadıb.
Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Nicat Mehbalıyev 2020-ci ildən "Sabah"ın üzvüdür. Qolkiper Premyer Liqada ilk oyununu 2020/21-ci illər mövsümündə, "Sabah"ın heyətində keçirib.