Sabiq "Fənərbaxça"lı yenidən Superliqada
"Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirir.
Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Jozef de Souza ilə razılaşıb. Bu barədə futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib. O, müqavilə bağlamaq üçün İstanbula gələcəyini qeyd edib.
Hazırda Çinin "BJ Qoan" komandasında çıxış edən yarımmüdafiəçi Türkiyədə "Beşiktaş" və "Fənərbaxça"da forma geyinib. O, bu mövsüm 20 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.