İstanbul derbisində oynamayacaqlar
Türkiyə Superkubokunda "Fənərbaxça" - "Qalatasaray" oyunu öncəsi hər klubun iki futbolçusunun İstanbul derbisini buraxacağı dəqiqləşib.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar "Fənərbaxça"dan Rodriqo Bekan və Miha Zayç, "Qalatasaray"dan isə Serxio Oliveyra ilə Davinson Sançesdir. Onların zədə səbəbindən derbidə oynamayacağı bildirilib.
Qeyd edək ki, sözügedən matç dekabrın 29-u Səudiyyə Ərəbistanında keçiriləcək.