"Real"da dekabrın ən yaxşı futbolçusu odur

 23:36 27.12.2023     250

"Real"ın futbolçusu Brahim Dias Madrid təmsilçisində dekabrın ən yaxşı oyunçusu seçilib. 

Redaktor.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsəvermədə 1-ci olub.

24 yaşlı oyunçu dekabrda bütün turnirlərdə 5 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, B.Dias 2019-cu ildə "Real"a  transfer olunub. İspaniyalı yarımmüdafiəçi 2020-ci ildən 2023-cü ilin iyununa kimi "Milan"da icarə əsasında oynayıb. O, iyunun 9-u "Real"a qayıdıb.