2023-cü ilin ən yaxşı klub baş məşqçisi o oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə klublarda işləyənlər arasında ən yaxşı baş məşqçini müəyyənləşdirib.
Redaktor.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" komandasının "sükanı arxasında" olan Xosep Qvardiola layiq görülüb.
52 yaşlı mütəxəssis 281 xalla bütün rəqiblərini qabaqlayıb. İspaniyanın "Real" klubundan Karlo Ançelotti (56) ikinci, İtaliya çempionu "Napoli"nin sabiq baş məşqçisi Luçano Spaletti üçüncü olub.
Qeyd edək ki, Xosep Qvardiola cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.