Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif etdi

 11:23 30.12.2023     183

Azərbaycanəsilli türk siyasətçi, ATA alyansından prezidentliyə keçmiş namizəd Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi paylaşımı rəsmi “X” hesabında edib.

Paylaşımda deyilir:

“Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, “Xankəndi” stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!”