Futbolçulara icazə verilən pivə miqdarı - MƏŞQÇİ AÇIQLADI

 12:51 30.12.2023     214

"Oyundan sonra pivə içmək tamamilə normaldır".

Redaktor.az "Match TV"yə istinadən xəbər verir ki, bunu “Ximki” futbol klubunun bədən tərbiyəsi üzrə məşqçisi Serxio Covanni deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, diqqət edilməli olan məqam kəmiyyətdir:

"Təbii ki, bir litr pivə içsəniz, çox yaxşı deyil. Amma bu həyatda qeyri-məhdud miqdarda istehlak edilən hər şey zərərlidir. Bir anda iki litr su içsəniz belə, bu, pisdir”, - Covanni vurğulayıb.

Onun sözlərinə görə, futbolçular özlərini bir stəkan pivə ilə məhdudlaşdırsalar daha yaxşıdır. “Oyunçulara hər şeyə görə qadağa qoyulmamalıdır. Onlarla danışmaq və zərərli hərəkətlər izah etmək lazımdır”, - deyə mütəxəssis əlavə edib.

NƏRGİZ