"Beşiktaş"dan ayrılan Erik Bayi sabiq klubuna qayıtdı
Dünən "Beşiktaş"dan ayrılan Erik Bayi "Vilyarreal"a transfer olunub.
Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb
E.Bayi 2014/15 və 2015/16 mövsümlərində La Liqa təmsilçisində çıxış edib. O, klubda 47 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.