Alonso əməliyyat olunacaq, bir neçə ay oynamayacaq

 19:45 31.12.2023     225

"Barselona"nın müdafiəçisi Markos Alonso sıradan çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçunun belində ağrılar var. Onun gələn həftə əməliyyat olunacağı bildirilib. Alonsonun yaşıl meydanlara nə vaxt qayıdacağı əməliyyatdan sonra bəlli olacaq. İspaniya mətbuatı yazıb ki, futbolçunun bərpa prosesi mart ayına qədər davam edə bilər. 

Qeyd edək ki, Markos Alonso bu mövsüm "Barselona"nın heyətində 7 rəsmi matçda meydana çıxıb. İspaniyalıbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.