“Liverpul” onu vaxtından əvvəl geri qaytardı
“Liverpul” Almaniyanın “RB Leyptsiq” klubuna icarəyə verdiyi Fabio Karvalyonu vaxtından əvvəl geri qaytarıb.
Redaktor.az xəbər verir ki, bu haqda İngiltərə klubunun yaydığı açıqlamada bildirilib.
Portuqaliyalı yarımmüdafiəçi bu ilin iyulun 1-də Almaniya təmsilçisinə icarəyə verilmişdi. İcarə müqaviləsinin vaxtı 2024-cü ilin iyununda sonunda başa çatmalı idi.
21 yaşlı futbolçu “Leyptsiq”də bütün turnirlərdə 15 oyunda meydana çıxsa da, nə qol vura, nə də qol ötürməsi edə bilib.