“Arsenal” Premyer Liqada birincilik şansını əldən verdi
İngiltərə Premyer Liqasının 20-ci turunda "Fulhem" və "Arsenal" komandalarının qarşılaşması baş tutub.
Redaktor.az-ın məlumatına görə, komandalar Londondakı "Kreyven Kottec" stadionunda çıxış ediblər. Görüşün baş hakimi qismində Coşua Smit çıxış edib.
"Fulhem" "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib.
İlk hissənin beşinci dəqiqəsində Bukayo Saka matçda hesabı açaraq “Arsenal”ı önə çıxarıb. Birinci hissənin ortalarında, 29-cu dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenez hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə Bobbi de Kordova-Rid “Fulhem”i hesabda irəli çıxarıb. De Kordova-Ridin qolu bu görüşdə sonuncu olub və qarşılaşma elə bu hesabla da bitib - 2:1.
Matçın nəticəsindən sonra “Fulhem” 24 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Öz növbəsində “Arsenal” 40 xal qazanaraq dördüncü pillədə qalıb. Beləliklə, “topçular” 2023-cü ili Premyer Liqa cədvəlində birinci yerdə başa vurmaq fürsətini əldən veriblər. Belə ki, hazırki lider “Liverpul”un 42 xalı var.