"Mançester Yunayted"dən erkən göndərilir

 20:35 02.01.2024     291

“Mançester Yunayted”in mövsümün əvvəlindən komandada icarə əsasında çıxış edən “Tottenhem”in müdafiəçisi Serxio Reqilonla əməkdaşlığa erkən xitam verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, Manester təmsilçisinin müqavilədəki əməkdaşlığın ekən dayandırılması variantını aktivləşdirmək qərarına gəldiyini bildirb. Klub rəhbərliyi və məşqçilər korpusu çoxdan qərara gəlib ki, yanvar ayında Reqilonla vidalaşsınlar. Futbolçunun icarə müqaviləsi mövsümün sonuna qədər idi.

Qeyd edək ki, ispaniyalı müdafiəçi bu mövsüm “Mançester Yunayted”lə bütün turnirlərdə 12 matçda iştirak edib. Reqilonun "Tottenhem"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.