"Tottenhem"də yeni müqavilə

 21:49 02.01.2024     315

"Tottenhem" futbolçusu Pape Matar Sarrla müqaviləni uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına kimidir. 

Qeyd edək ki, "Tottenhem" Pape Matar Sarrı 2022-ci ilin yayında "Mets"dən transfer edib. Seneqal millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində 19 rəsmi matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.