"Beşiktaş" onunla danışıq aparır

Niderland millisinin və "Barselona"nın sabiq futbolçusu Covanni van Bronxorst "Beşiktaş"ı çalışdıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Skira məlumat yayıb.
O, İstanbul klubunun son iş yeri "Reyncers" olan mütəxəssislə danışıq apardığını bildirib.
Qeyd edək ki, 48 yaşlı Bronxorst 2021-ci ilin noyabrından 2022-ci ilin noyabrına kimi “Reyncers”in baş məşqçisi olub. O, daha əvvəl "Feyenoord" və Çinin "Quançjo" klublarını çalışdırıb.