Fələstinə dəstək olan futbolçuya növbəti cəza verildi
Nitsa məhkəməsi “Nitsa”nın müdafiəçisi Yusuf Atalı cəzalandırıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb əlcəzairli futbolçunun sosial şəbəkə hesabında Fələstinə dəstək verməsi olub. 27 yaşlı oyunçu 8 ay müddətinə şərti həbslə və 45 min avro cərimə ilə cəzalandırılıb. Bu cəza ona din zəminində nifrəti göstərdiyi üçün verilib.
27 yaşlı futbolçu daha sonra paylaşımını silmiş və üzr istəmişdi.
Xatırladaq ki, ötən ilin oktyabrında Fransa Peşəkar Futbol Liqası futbolçunu etdiyi hərəkətə görə 7 oyunluq cəzalandırmışdı.