"Adana Demirspor"un futbolçusu 4 aydır maaş ala bilmir

 21:34 03.01.2024     320

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da maliyyə problemi davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə klubun hücumçusu Mbaye Nianq Fransa mətbuatına açıqlamasında deyib. O, 4 aydır maaş almadığını bildirib: A"Türkiyədəki təcrübəm  çox yaxşı gedir. Yaxşı oynayıram və matça ilk 11-likdə başlayıram. Bununla belə, ödənişlə bağlı bəzi problemlər var və bu, diqqətimi meydanda cəmləməyimə mane olur. Bir az gecikmə normal sayıla bilər, amma 4 ay keçdi. Getmək istəyirəm. Bunu rəhbərliyə dedim və danışıqlarımız davam edir. Fransaya qayıtmaq istərdim, mənim üçün prioritet budur". 

Qeyd edək ki, "Adana Demirspor" maaş problemləri səbəbindən bəzi oyunçuları ilə yolları ayırıb.