"Sabah" klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşdi

 22:41 06.01.2024     236

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Rumıniya "Rapid"i ilə qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da "Mardan" İdman Kompleksinin ehtiyat meydanında baş tutacaq.

"Sabah"ın Antalyadakı hazırlıq prosesi yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.