Futbol tarixinin ən uğursuz TRANSFERLƏRİ

 11:44 07.01.2024     235

Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb.

Redaktor.az “Give me Sport” nəşrinə istinadən xəbər verir ki, 11 oyunçu fərqləndirilib.

Siyahıda yer alan futbolçulardan bəziləri hazırda karyeralarını davam etdirirlər.

Futbol tarixinin ən uğursuz 11 transferi:

Filippe Koutinyo: “Liverpul”dan “Barselona”ya (2019-cu il – 121,5 milyon funt sterlinq)

Antuan Qrizmann: “Atletiko”dan “Barselona”ya (2019-cu il - 108 milyon)

Eden Azar: “Çelsi”dən “Real”a (2019-cu il - 103 milyon)

Romelu Lukaku: “İnter”dən “Çelsi”yə (2021-ci il – 97,5 milyon)

Aleksis Sançes: “Arsenal”dan “Mançester Yunayted”ə (2018-ci il - Henrix Mxitaryanla dəyişdirilib)

Andrey Şevçenko: “Milan”dan “Çelsi”yə (2006-cı il – 39,5 milyon)

Conatan Vudqeyt: “Lids”dən “Real”a (2004-cü il - 16 milyon)

Anxel Di Mariya: “Real”dan “Mançester Yunayted”ə (2014-cü il - 60 milyon)

Endi Kerroll: “Nyukasl”dan “Liverpul”a (2011-ci il - 35 milyon)

Fernando Torres: “Liverpul”dan “Çelsi”yə (2011-ci il - 50 milyon)

Mario Balotelli: “Milan”dan “Liverpul”a (2014-cü il - 16 milyon)