"Messi bu əraziyə köçdü, evimin dəyəri artdı" - Futbolçunun qonşusu

 17:35 07.01.2024     274

"İnter Mayami"nin hücumçusu Lionel Messinin Fort Lauderdeyldə (Florida, ABŞ) qonşusu olan Patrik Bet-Devid futbolçunun gəlişinin onun əmlakının qiymətinə təsir etdiyini deyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Adamın dediyinə görə, evinin dəyəri 25 milyon dollar artıb və hazırda 45 milyondur.

“Messi bu əraziyə köçdü və indi hamı burada yaşamaq istəyir. Bura tək girişi olan hasarlanmış ərazidir. Bu, çox təhlükəsiz ərazidir”, – Bet-Devid bildirib.

Qeyd edək ki, dekabrın 6-da Messi ABŞ-da həyata uyğunlaşmağın çətinliklərindən danışıb. Futbolçunun sözlərinə görə, o, heç nədən şikayət edə bilməz: “Bəlkə də uyğunlaşmağın ən çətini tıxaclardır. Baxmayaraq ki, Parisdə onlarla da çətin idi”, - Messi bildirib.

36 yaşlı Messi iyulun 15-də "İnter Mayami"nin heyətinə qoşulub. Onun klubla müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir. Komandanın tərkibində o, Liqa Kubokunu qazanıb.

NƏRGİZ